20 C
Baku
Monday, October 7, 2024

Azərbaycan bankları müştəriləri ilə münasibətlərini elektronlaşdırır

Azərbaycanın Bank Sertifikat Xidmətləri Mərkəzinin banklarda qeydiyyat mərkəzləri yaradılacaq.

Bunu Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktor müavini Vahid Qurbanlı deyib.

Onun sözlərinə görə, bu, bankların müştəriləri ilə münasibətlərinin avtomatlaşdırılmasına xidmət edəcək: “Banklar öz müştərilərinə bu sertifikat xidmət mərkəzlərinin sertifikatlarını verəcək ki, öz müştəriləri ilə əməliyyatları elektronlaşdıra bilsinlər. Artıq bu istiqamətdə ilkin mərhələyə keçilib. Mərkəz rəsmi olaraq akkreditasiyadan keçib və Mərkəzi Bankın korporativ sistemlərində bu sertifikatlar tətbiq olunur”.

APA

Son xəbərlər
Digər xəbərlər