Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları nağd valyuta satışını bərpa etməyə başlayıb. Buna baxmayaraq, hələ də bəzi banklar valyuta satışı həyata keçirmir, əksər banklarda isə satışda müxtəlif limitlər tətbiq olunur.
Aparılan monitorinqin nəticələrinə əsasən, hazırda “AG Bank” ASC-də valyuta alışı aparılsa da, satış yoxdur. “Dəmirbank” ASC, “Muğanbank” ASC, “Xalq Bank” ASC və “Ziraat Bank Azərbaycan” ASC də satış həyata keçirmir.
Hazırda dollar satışı kassa qalığından asılı olaraq “Atabank” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “AFB Bank” ASC, “Azərbaycan Sənaye Bankı” ASC, “CDB Bank” ASC, “Nikoil Bank” ASC, “Bank Avrasiya” ASC və “Bank BTB” ASC-də (yalnız filiallarda) aparılır. Bu isə o deməkdir ki, yəni müştərinin tələbinin ödənilməsi kassadakı cari vəziyyətdən asılıdır.
“Azər-Türk Bank” ASC-də maksimal satış limiti 10 min dollardır. “Amrahbank” ASC-nin baş ofisində 100-150 dollar almaq mümkündür, avro satışı yoxdur, filiallarda isə limit fərqlidir. “Rabitəbank” ASC-də 1 000 dollaradək, “Silkway Bank” ASC-də 300 dollar, yaxud 200 avroya, “Turanbank” ASC-nin filiallarında 500 dollaradək (baş ofisdə isə satış həyata keçirilmir), “Unibank” ASC-də 3 000 dollaradək, “Bank of Baku” ASC-nin “Mərkəz”, “S.Vurğun” filiallarında və baş idarədə 1 000 dollaradək, “Kapital Bank” ASC-də 5 000 dollar/avroyadək, “Bank VTB (Azerbaijan)” ASC-də 1 000 dollar/avro və ya 1 000 dollar ekvivalentdə rubl, “Accessbank” QSC-də 200 dollar/avroyadək valyuta almaq olar.
“PAŞA Bank” ASC-də nağd satış olmasa da, bankomatlardan valyuta çıxarmaq olur (“PAŞA Bank” kartları üçün “rəsmi məzənnə+2%” konvertasiya haqqı tutulur).
“YapıKredi Bank Azərbaycan” ASC isə yalnız öz müştərilərinə satış həyata keçirir. “Bank Respublika” ASC və “Günaybank” ASC-də də limitsiz satış həyata keçirildiyi deyilir.
№ | Banklar | Dollar (USD/AZN) | Avro (EUR/AZN) | Rubl (RUB/AZN)
|
|||
Alış | Satış | Alış | Satış | Alış | Satış | ||
1 | Atabank | 1,8000 | 1,8700 | 1,9000 | 1,9850 | 0,0300 | 0,0315 |
2 | International Bank of Azerbaijan | 1,7867 | 1,8700 | 1,8591 | 1,9919 | 0,0298 | 0,0319 |
3 | AFB Bank | 1,8200 | 1,8650 | 1,8780 | 1,9920 | – | – |
4 | Azerbaijan Industry Bank | 1,8200 | 1,8700 | 1,8800 | 1,9900 | – | – |
5 | Azer-Turk Bank | 1,7800 | 1,8650 | 1,8900 | 1,9900 | – | – |
6 | Amrahbank | 1.7867 | 1.8700 | 1.8900 | 1.9900 | 0,0301 | 0,0315 |
7 | AGBank | 1,7800 | 1,8800 | 1,8780 | 2,0149 | – | – |
8 | BTB Bank | 1,8000 | 1,8730 | 1,8910 | 2,0000 | 0,0299 | 0,0316 |
9 | Caspian Development Bank | 1,7900 | 1,8580 | 1,8300 | 1,9700 | 0,0290 | 0,0313 |
10 | Demirbank | 1,7800 | 1,8750 | 1,8780 | 2,0000 | 0,0298 | 0,0318 |
11 | Expressbank | 1,7867 | 1,8750 | 1,8900 | 1,9950 | 0,0300 | 0,3150 |
12 | Rabitabank | 1,8000 | 1,8700 | 1,9120 | 1,9890 | 0,0303 | 0,0316 |
13 | Silkway Bank | 1,7860 | 1,8750 | 1,8970 | 2,0000 | 0,0290 | 0,0314 |
14 | Turanbank | 1,7700 | 1,8700 | 1,8900 | 1,9980 | 0,0290 | 0,0317 |
15 | Muganbank | 1,7900 | 1,8710 | 1,8690 | 1,9010 | 0,0297 | 0,0316 |
16 | Bank Nikoil | 1,7800 | 1,8600 | 1,8900 | 1,9900 | 0,0300 | 0,0315 |
17 | Unibank | 1,7900 | 1,8700 | 1,8591 | 1,9919 | 0,0298 | 0,0316 |
18 | Bank Respublika | 1,7867 | 1,8600 | 1,8970 | 1,9750 | 0,0301 | 0,0314 |
19 | PASHA Bank | 1,8100 | 1,8650 | 1,8890 | 1,9801 | 0,0299 | 0,0314 |
20 | Bank of Baku | 1,7850 | 1,8700 | 1,8950 | 1,9720 | 0,0300 | 0,0315 |
21 | Xalq Bank | 1,7867 | 1,8700 | – | – | – | – |
22 | Ziraat Bank Azerbaijan | 1,8000 | 1,8800 | 1,8150 | 1,9900 | – | – |
23 | Gunaybank | 1,7500 | 1,8700 | 1,8600 | 2,0000 | – | – |
24 | KapitalBank | 1,7867 | 1,8720 | 1,8833 | 1,9900 | – | – |
25 | Bank VTB Azerbaijan | 1,7867 | 1,8700 | 1,8970 | 1,9860 | 0,0301 | 0,0315 |
26 | Yapı Kredi Bank Azərbaycan | 1,8200 | 1,8750 | 1,8000 | 2,0100 | – | – |
27 | Accessbank | 1,7850 | 1,8840 | 1,8780 | 2,0013 | 0,0301 | 0,0317 |
28 | Bank Avrasiya | 1,8000 | 1,8700 | 1,8600 | 1,9800 | 0,0290 | 0,0310 |
29 | NBC Bank | 1,8000 | 1,8700 | 1,8900 | 2,0050 | 0,0290 | 0,0313 |
30 | Naxçıvanbank | 1,7867 | 1,8710 | 1,8914 | 1,9865 | 0,0296 | 0,0315 |
31 | Bank Melli Iran-Baku | 1,8200 | 1,8800 | 1,9200 | 1,9800 | – | – |
32 | Pakistan National Bank-Baku | – | – | – | – | – | – |