2021-ci ilin ortalarından başlayaraq Azərbaycan bankları öz vəsaitləri hesabına ipoteka kreditləşməsini genişləndirməyə başlayıblar.
Bu barədə hökumətdəki mənbə bildirib.
“Əgər o vaxta qədər İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin xüsüsi çəkisi təxminən 80% idisə, hazırda 61.5%-ə düşüb. Belə ki, 2.6 milyard manatlıq ipoteka portfelinin 1 milyard manatlıq hissəsi və yaxud 38.5%-i bankların daxili imkanlarının hesabınadır”, – deyə o, qeyd edib.
Bankların öz vəsaitləri hesabına biznes kreditləşməsindəki payı isə 88%-dir.
“Son vaxtlar dövlət xətti ilə verilən biznes kreditlərinin məbləğində əhəmiyyətli artım müşahidə edilmir. Bu da onunla bağlıdır ki, ayrılan vəsait amortizasiya olan vəsaitlə eynidir”, – deyıə mənbə əlavə edib.