12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycan bankları Qarabağda xidmət göstərməyə hazırlaşır

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində maliyyə-bank sisteminin bərpası üzrə müzakirələrə başlanılıb və konkret təkliflər planı hazırlanıb”.

Bunu Bakıda keçirilən “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda 5-ci Beynəlxalq Bankçılıq Forumunda “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev deyib.

“Biz bu məsələləri Azərbaycan Mərkəzi Bankı birlikdə icra edirik və Qarabağda yeni, innovatit ödəniş sistemləri üzərindən maliyyə-bank sisteminin xidmətlərinin təmin və təqdim edilməsini təşkil edəcəyik”, – deyə o, qeyd edib.

Son xəbərlər
Digər xəbərlər