31 C
Baku
Sunday, June 16, 2024

Azərbaycan bankları yarışa qatılır

Azərbaycan Banklar Assosiasiyası üzv banklarla birgə sosial yönlü layihələrini davam etdirir. Növbəti tədbir Azərbaycan Şahmat Federesiyası ilə müştərək layihə olan “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93- cü ildönümünə həsr olunmuş Banklar Arasında Şahmat üzrə şəxsi komanda çempionatı”nın keçirilməsidir.

Məlum olduğu kimi, 17-30 sentyabr 2016-cı ildə Bakıda Ümumdünya Şahmat Olimpiadasının keçirilməsi nəzərdə tutulmuşdur.

Tədbirin əlamətdarlığını nəzərə alaraq, Azərbaycanda şahmatın kütləviliyini artırmaq və bank sektorunda çalışanların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə Azəbaycan bankları arasında analoji çempionat təşkil olunmuşdur. 29 aprel – 7 may 2016-cı il tarixlərində keçiriləcək Çempionatda 19 bankdan 100-ə yaxın iştirakçı ən güclünü müəyyən etmək üçün yarışacaqdır.

Tədbirin açılış mərasimi 29 aprel 2016-cı il tarixində saat 16:00-da “Respublika Şahmat Mərkəzi”ndə (Klub) (Ünvan: Azərbaycan prospekti, 42) baş tutacaqdır. Azərbaycan Banklar Assosiasiyası Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrini tədbirdə iştirak etməyə dəvət edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər