12 C
Baku
Saturday, April 12, 2025

Azərbaycan banklarına dövlət rüsumuna dair təlimat verilib

Azərbaycan banklarına aksiz markasının və məcburi nişanlamanın verilməsinə görə dövlət rüsumu üzrə ödənişlərin həm nağd, həm də  internet bankçılıq üzərindən nağdsız qaydada ödənilməsi zamanı  yalnız “e-bildiriş” əsasında qəbul edilməsi ilə bağlı əlimat verilib.

Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilib.

Məlumata görə, nazirlik, Azərbaycan Mərkəzi Bankı və “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən bankların 36 əməkdaşının iştirakı ilə videokonfrans formatında görüş keçirilib.

Görüşdə Hökumət Ödəniş Portalına inteqrasiya olunmuş “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sistemi təqdim edilib. Qeyd olunub ki, artıq cari ilin aprel ayının 1-dən etibarən aksiz markasının və məcburi nişanlamanın verilməsinə görə dövlət rüsumunun “e-bildiriş” əsasında ödənilməsinə başlanılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər