Bank hesabları aşağıdakı növlərə bölünür:
– cari hesablar;
– cari subhesablar;
– ssuda hesabları;
– əmanət (depozit) hesabları;
– müxbir hesablar.
Cari hesablar dövlət və bələdiyyə orqanlarının, hüquqi şəxslərin, onların filial, nümayəndəlik və digər ayrıca bölmələrinin, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bank əməliyyatlarının aparılması üçün açılır.
Büdcə təşkilatlarına cari hesablar yalnız xarici dövlət və hüquqi şəxslər tərəfindən məqsədli təyinat üzrə verilən yardım və qrantların alınması və istifadəsi üzrə bank əməliyyatlarının aparılması üçün açılır.
Cari hesablara müvəqqəti cari hesablar və xüsusi cari hesablar da aiddir.
Müvəqqəti cari hesablar təsərrüfat ortaqlıqları, cəmiyyətləri, kooperativlər və digər təsərrüfat subyektlərinə onların dövlət qeydiyyatına almanadək müvafiq olaraq nizamnamə, şərikli kapitallarının, habelə paylarının ödənilməsi üçün açılır.
Xüsusi cari hesablar dövlət və xüsusi notariusların notariat fəaliyyətləri ilə əlaqədar olaraq notariat orqanlarına açılır.
- Nağd pul vəsaitləri ilə əməliyyatlar;
- Bankdaxili, ölkədaxili və ölkəxarici pul köçürmələri;
- Konvertasiya əməliyyatları;
- Qanunvericiliklə nəzərdə tutulan digər əməliyyatlar.
Bank | Cari hesabın açılması | |||
Fiziki şəxslər | Hüquqi şəxslər | |||
AZN | USD | AZN | USD | |
AccessBank QSC | Pulsuz | Pulsuz | – | – |
AFB Bank ASC | 10 AZN | 10 AZN | 10 AZN | 10 AZN |
AGBank ASC | Pulsuz | Pulsuz | Pulsuz | Pulsuz |
Amrahbank ASC | Pulsuz | Pulsuz | 10 AZN | 10 AZN |
AtaBank ASC | Pulsuz | Pulsuz | Pulsuz | Pulsuz |
Azər Türk Bank ASC | 10 AZN | 10 AZN | 20 AZN | 20 AZN |
ASB Bank ASC | Pulsuz | Pulsuz | Pulsuz | Pulsuz |
Bank Avrasiya ASC | Pulsuz | Pulsuz | 50 AZN | 50 AZN |
Bank BTB ASC | Pulsuz | Pulsuz | Pulsuz | Pulsuz |
Bank Melli İran Bakı filialı | 10 AZN | 10 USD | 10 AZN | 10 USD |
Bank of Baku ASC | Pulsuz | Pulsuz | Pulsuz | Pulsuz |
Bank Respublika ASC | Pulsuz | Pulsuz | 10 AZN | 10 AZN |
Bank VTB (Az.) ASC | Pulsuz | Pulsuz | Pulsuz | Pulsuz |
DəmirBank ASC | Pulsuz | Pulsuz | Pulsuz | Pulsuz |
Expressbank ASC | Pulsuz | Pulsuz | Pulsuz | Pulsuz |
Xalq Bank ASC | Pulsuz | Pulsuz | Pulsuz | Pulsuz |
Kapital Bank ASC | Pulsuz | Pulsuz | 20 AZN | 20 AZN |
Naxçıvanbank ASC | 10 AZN | 10 AZN | – | – |
NBCBank ASC | Pulsuz | Pulsuz | Pulsuz | Pulsuz |
NİKOYL Bank İKB ASC | Pulsuz | Pulsuz | Pulsuz | Pulsuz |
Pakistan Milli Bankı NBP Bakı filialı | Pulsuz | Pulsuz | 20 AZN | 20 USD |
Rabitəbank ASC | Pulsuz | 10 AZN | Pulsuz | 10 AZN |
Silk Vey Bank ASC | Pulsuz | Pulsuz | 50 AZN | – |
TuranBank ASC | Pulsuz | Pulsuz | Pulsuz | Pulsuz |
Unibank KB ASC | Pulsuz | Pulsuz | Pulsuz | Pulsuz |
Yapı Kredi Bank (Az.) QSC | 5 AZN | 5 AZN | 20 AZN | 20 AZN |