Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti banklarda açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi ilə bağlı yeni Qaydanı təsdiqləyib.
Bununla bağlı AMB-nin sədrinin birinci müavini Əliyar Məmmədyarov müvafiq qərar imzalayıb.
Qərara əsasən, hər bir xarici valyuta üzrə açıq valyuta mövqeyinin hesablanması zamanı xalis spot mövqe, xalis forvard mövqe, habelə reallaşması dəqiq olan və geri qaytarıla bilməyən qarantiyalar (benefisiar tərəfindən artıq tələb irəli sürülmüş) və oxşar alətlər, o cümlədən kredit xətləri və akkreditivlər nəzərə alınacaq.
Kredit xətləri üzrə açıq valyuta mövqeyinin hesablanması zamanı isə aşağıdakı kreditə konvertasiya əmsalları tətbiq ediləcək:
– müddəti bir ilədək olduqda – 20 % (kreditə konvertasiya əmsalı 0,2);
– müddəti bir ildən çox olduqda – 50 % (kreditə konvertasiya əmsalı 0,5);
– müqavilə əsasında banka öhdəliyi birtərəfli qaydada tam yerinə yetirməmək hüququ verildiyi hallarda – 10 % (kreditə konvertasiya əmsalı 0,1).
Bu Qaydanın məqsədləri üçün istifadə olunan sərbəst dönərli valyutaların siyahısı aşağıdakılardır:
Açıq valyuta mövqeyi üzrə limitləri:
Yeni qaydanın təsdiqi ilə bağlı ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının 16 noyabr 2018-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Banklarda açıq valyuta mövqeyinin limitlərinin müəyyən edilməsi Qaydaları” qüvvədən düşmüş hesab edilir.









