18 C
Baku
Sunday, September 8, 2024

Azərbaycan banklarındakı depozitlərlə bağlı yeni QƏRAR

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”na dəyişiklik edib.

Banker.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, məcburi ehtiyatların norması əlaqəli depozitlərin cəmi payından, banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə payından, eyni zamanda milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləğinin 1 milyard manatı, xarici valyutada hüquqi şəxslərin depozitlərinin isə ümumi məbləğinin 750 milyon manat ekvivalentini üstələməsindən asılı olaraq diferensiallaşdırılmaqla Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən ediləcək.

Bundan başqa, əlaqəli depozitlərin cəmi depozitlərdə payı və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə payı hesablama dövrü üzrə orta günlük qalığı əsasında hesablanacaq və məcburi ehtiyatlar üzrə hesabatda göstəriləcək.

AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Son xəbərlər
Digər xəbərlər