“Bank Silk Way” ASC (haqqında) müştərilərinə müraciət edib.
Banker.az xəbər verir ki, müraciətdə bildirilir ki, sabahdan etibarən Bankın adı dəyişdiriləcək “Premium Bank” ASC olacaq.
Xatırladaq ki, “Bank Silk Vey” 2008-ci ildə yaradılıb, 1993-cü ildən fəaliyyət göstərən “Azal Bank”ın hüquqi varisidir. Bankın səhmlərinin 84,5%-i Zərifə Həmzəyevaya, 15,2%-i daxil olduğu “Silk Vey Holdinq” MMC-nin tərkibindəki “VİP Aviasiya Xidmətləri” MMC-yə, 0,3%-i isə Elçin Eldar oğlu Əhmədova (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.