2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan banklarından biri investisiya şirkəti yaradıb

Vergilər Nazirliyi “BTB Kapital İnvestisiya Şirkəti” ASC-ni dövlət qeydiyyatına alıb.

Nazirliyə istinadən, yeni şirkət “Bank BTB” ASC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 27-də qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 350 min manat, qanuni təmsilçisi isə Ruslan Nazim oğlu Cəfərovdur. Söhbət “Kapital Menecment İnvestisiya Şirkəti” ASC-nin keçmiş direktorundan gedir.


©Report.az

Son xəbərlər
Digər xəbərlər