24 C
Baku
Thursday, October 10, 2024

Azərbaycan banklarından biri satıldı

Azərbaycan Mərkəzi Bankının məcmu kapital tələbi ilə bağlı problemi olan “Kövsərbank” səhmlərinin 76%-ni kənar investora satıb. Bu barədə fins.az-a bankın İdarə Heyətinin sədri Heydər İbrahimov məlumat verib. Onun sözlərinə görə, səhmləri alan ölkədaxili investordur: “Kommersiya sirri olduğundan investorun kimliyini açıqlamırıq. Yalnız onu deyə bilərəm ki, xaricdən investor cəlb etməmişik və bankın əsas səhmdarı dəyişir”.

Xatırladaq ki, bu gün Bakı Fond Birjasında “Kövsərbank”ın 38 milyon manatlıq səhmləri yerləşdirilib. Bu gün başa çatacaq emissiya nəticəsində bankın nizamnamə kapitalı 12 milyon manatdan 50 milyon manata, məcmu kapitalı isə 12,5 milyon manatdan 50,5 milyon manata çatmalıdır.

Son xəbərlər
Digər xəbərlər