Bəzi banklar vətəndaşdan dolları alarkən elə prosedur tətbiq edirlər ki, bu dollarını gətirib bankda satmaq istəyən vətəndaşları qara bazara yönəldir. Çünki, bankda dəyişmək istəsələr hesab açmalı, bunun üçün yarım saat gözləməli, bundan başqa hesab açılması üçün əlavə pul ödəməlidirlər. Ekspertlər bildirir ki, bəzi bankların bu cür addımı yolverilməzdir və bu qara bazarın canlanmasına təkan verməkdən başqa bir şey deyil.



