Azərbaycan bank sektoru 2023-cü ilin üçüncü rübü (iyul-sentyabr) ərzində böyüyüb.
Banker.az-ın bank hesabatlarından əldə etdiyi məlumata görə, sektorun aktivlərinin həcmi 0.7 faiz böyüməklə 45 milyard 530.5 milyon manata yüksəlib.
Bankların aktivlərinin həcmi son bir ayda isə 0.4 faiz artıb.
Lakin, ilin əvvəlindən hələ də 2.7 faiz aşağıdır.
Qeyd edək ki, 2023-cü ilin ilk yarısında bankların aktivlərinin həcmi ilin əvvəli ilə müqayisədə 4 faiz azalaraq 45 milyard 218.3 milyon manata enmişdi.