9 C
Baku
Sunday, November 17, 2024

Azərbaycan banklarının avtomobil krediti portfelində elektrik və hibridin payı 60%-ə çatıb

Mərkəzi Bank tərəfindən aparılmış requlyativ güzəştlər nəticəsində 2022-ci ildən bu tərəfə son 18 ayda elektrik və hibrid minik avtomobillərinin banklar tərəfindən kreditləşməsi say olaraq 8 dəfə, məbləğ olaraq 6.5 dəfə artıb.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

AMB bildirir ki, nəticədə 2022-ci ilin sonuna bankların kredit portfelində elektrik və hibrid avtomobillərinin cəmi minik avtomobil portfelində payı 17.8% olduğu halda, cari ilin iyunun 30-u tarixində müvafiq göstərici 59.9% təşkil edib.

 

 

Son xəbərlər
Digər xəbərlər