19 C
Baku
Wednesday, May 15, 2024

Azərbaycan banklarının ilin ilk 4 ayındakı xalis mənfəəti 39% artdı

2023-cü ilin yanvar-aprel aylarında banklar 345.2 mln. manat xalis mənfəət, 512.9 mln. manat məbləğində əməliyyat mənfəəti əldə edib.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının statistik göstəricilərinə istinad edir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 39% və 32% artıb.

Bank sektorunun faiz gəlirləri 1 mlrd. 097.1 mln. manat təşkil edib və bu öncəki ildə cəmi 815.3 mln. manat idi.

324345344

Son xəbərlər
 ⁠
Digər xəbərlər