7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan banklarının marketinq üzrə rəhbərləri ABA-da toplaşdı

Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Marketinq və PR üzrə” Ekspert Qrupu ilə Mərkəzi Bank arasında keçirilən görüşdə “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda qoyulan tapşırıqlar çərçivəsində bank məhsul və xidmətlərində rəqəmsallaşmanın, o cümlədən bu istiqamətdə təşviqedici tarif siyasətinin formalaşdırılması üzrə müzakirələr aparılıb.

Banker.az ABA-ya istinadla xəbər verir ki, Mərkəzi Bankın nümayəndəsi Emil Rüstəmov bankların tariflərinin rəqəmsal cəhətdən hansı səviyyədə olması haqqında təqdimatla çıxış edib. Təqdimatda bankların saytlarında yerləşdirilmiş tarif məlumatlarının adi müştəri və ya sahibkarlar üçün nə dərəcədə əlçatan olması və bu məlumatlarda rəqəmsallaşmanın təşviq olunması üzrə müzakirələr aparılıb, tövsiyələr verilib.

Sonda Ekspert Qrupunun üzvlərinin fikirləri dinlənilib və bu istiqamətdə görüləcək tədbirlər razılaşdırılıb.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Son xəbərlər
Digər xəbərlər