Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəlikləri 2016-cı il fevralın 1-nə 8 385,9 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) verdiyi xəbərə görə, yanvarın 1-i ilə müqayisədə xarici öhdəliklərin həcmi 181,4 mln. manat və ya 2,2%, keçən ilin analoji dövrü ilə müqayisədə isə 3 450,3 mln. manat və ya 70% artıb.
Agentliyin analitika qrupu hesab edir ki, bankların xarici öhdəliklərinin manat ekvivalentində artması manatın 2015-ci il ərzində 2 dəfədən artıq devalvasiyası ilə əlaqədardır. Xarici öhdəliklər 70% artsa da, real olaraq azalıb. Kommersiya banklarının manatın məzənnəsinin zəifləməsi fonunda xarici öhdəliklərini daha da sürətlə azaldacağı proqnozlaşdırılır.
Report