Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin ümumi həcmi 2016-cı il dekabrın 1-nə 7 039,1 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbərə görə, bu, noyabrın 1-nə olan göstərici ilə müqayisədə 810,1 mln. manat və ya 13% çoxdur.
Ötən ilin əvvəlinə olan göstərici ilə müqayisədə kommersiya banklarının xarici öhdəlikləri 1 165,4 mln. manat və ya 14,2% azalıb. Əvvəlki ilin analoji dövrü ilə müqayisədə isə 972 mln. manat və ya 16% artım qeydə alınıb.
“Report”un analitik qrupu hesab edir ki, kommersiya banklarının xarici öhdəliklərinin noyabr ayında artım göstərməsi əsasən manatın məzənnəsinin azalması ilə bağlıdır.