Bəlkədə bir çoxlarının bankların tarixi haqqında geniş məlumatları yoxdu. Çünki, bu tarix daha çox uzun illər bundan əvvələ dayanıb. Belə ki, müasir bankların ilk sələfləri 1587 ci ildə Florensiya və Venesiyada yaradılmışdır.
Əslində bank sözü tərcümədə stol demədir. İtalyan dilindən tərcümədə banco- stol və ya dükan deməkdir. Bir zamanlar tacirlər və pul sərrafları dəyişdikləri pulları, metal sikkələri məhz dükanda stolun üzərinə yığırdılar.
Hazırda Respublikada inkişaf etmiş, bazar prinsiplərinə əsaslanan iki pilləli bank sistemi birinci pillədə Azərbaycan Respublikasının Mərkəzi Bankı, ikinci pillədə kommersiya bankları və bank olmayan kredit təşkilatları fəaliyyət göstərir.
Ümumiyyətlə Bank sistemi – Azərbaycan maliyyə sisteminin mühüm elementi sayılır. Bu gün banklar aktivlərinin və kapitalının həcminə, regional əhatəsinə görə digər maliyyə vasitəçilərini dəfələrlə üstələyir.
Ölkəmizdə fəaliyyət göstərən 42 özəl bankların isə ayrıca tarixləri mövcüddür. Bu bankların bəziləri öncələr digər ad ilə fəaliyyət göstərən, bəziləri isə bir neçə bankın birləşməsində yaranan banklardır.
Fəaliyyətinə başqa ad ilə başlayan banklar: Bank Standard – Most Bankın törəməsi, DəmirBank – Azərdəmiryolbank, AG Bank –Azəriqaz Bank, NBC Bank – Ruzu Bank,Unibank – MBANK, Bank of Baku – Tuqay, Bank Technique -Rəşadbank -Texnika Bank, Kredo Bank- Anar Bank, ASB Bank – Capital Investment Bank, Access Bank-Azərbaycan Mikromaliyyələşdirmə Bankı (AMMB).
Bəzi banklar isə törəmə banklar hesab olunur. Yəni digər ölkələrdə fəaliyyət göstərən bankların ölkəmizdə olan filialları hesab olunur.
Törəmə banklara daxildir: Bank VTB, Nikoil Bank, YapıKredi Bank, İran Melli.
Bankların yaranma tarixləri ilə isə aşağıdakı cədvəldə daha ətraflı tanış ola bilərsiniz.
N |
Bankın adı |
Yaranma tarixi |
Bankın səhmdarları |
1 |
Kapital Bank |
1874 |
Paşa Holdinq – 99.76% |
2 |
Expressbank |
1989 |
Bankın səhmdarları yerli hüquqi şəxslərdir. |
3 |
Deka Bank |
1989 |
Fiziki şəxslər – 100% |
4 |
DəmirBank |
1989 |
Avropa Yenidənqurma vəİnkişaf Bankı(AYİB) – 25.00%, Rəhman Hacıyev – 19.61% |
5 |
Para Bank |
1991 |
Quliyev 17,39%, Hacıyeva T.F. 17,30% ,Quliyeva A.V. 17,39%, |
6 |
AG Bank |
1992 |
Bankın səhmdarları sırasında iki böyük təşkilat mövcuddur: Beynəlxalq Maliyyə Korporasiyası və “Kazimir İnvestment LTD” Amerika Sərmayə Fondu |
7 |
Atra- Bank |
1992 |
Nəbiyeva Xuraman Qurban qızı – 49.6%, Nəbiyev Elmixan Nəbi oğlu – 19,7%; |
8 |
Beynəlxalq Bank |
1992 |
Dövlətin iştirak payı 50,2% təşkil edir, özəl fiziki və hüquqi şəxslər- 49,8% |
9 |
Bank Respublika |
1992 |
DEG – 16.67%, Quliyev Natiq Saday oğlu – 16.66%,Quliyev Elçin Saday oğlu – 15.18 %, |
10 |
Günay Bank |
1992 |
– |
11 |
Muğan Bank |
1992 |
Elmir mehdiyev 63,5% , Maqbet Mehdiyev 13,10%, Vəfa Vəliyeva 12,05%, Fəridə Mehdiyeva, 11,35% |
12 |
NBC Bank |
1992 |
“Nurgün Qrup” MMM |
13 |
Turan Bank |
1992 |
fiziki şəxslər – 22, hüquqi şəxslər- 5 nəfər |
14 |
Unibank |
1992 |
Qəribov Eldar Mahmud oğlu – 50.8083%, Yakovenko İqor İvanoviç – 17.5301% |
15 |
Zamin Bank |
1992 |
İsmayılov Nadir Əmir oğu, İsmayılov Mahir Əmir oğlu |
16 |
Amrahbank |
1993 |
İldırımzadə Yunis Əli oğlu – 50.01%,IIB Kaspian İnvestment Kompani – 49.00% |
17 |
Ata Bank |
1993 |
“AtaHolding” ASC -76%, Fiziki şəxslər – 24% |
18 |
Bank of Azerbaijan |
1993 |
Məmmədov Kənan Hafiz oğlu -43.63%,Məmmədov Sənan Hafiz oğlu – 43.63% |
19 |
Rabitəbank |
1993 |
Zakir Nuriyev – 37.21%, Dilarə Nuriyeva- 23.90%, Aslan Qasıyev- 21.32%, |
20 |
Bank of Baku |
1994 |
NAB Holding- 40,00%,Azpetrol Neft Şirkəti LLC- 28,89% |
21 |
Bank Technique |
1994 |
“World Wines” şirkəti – 75% |
22 |
Gəncə Bank |
1994 |
Fiziki şəxslər – 100% |
23 |
Kredo Bank |
1994 |
Hüquqi şəxslər- 7 , fiziki şəxslər- 7 |
24 |
Bank Silk Way |
1994 |
– |
25 |
Nikoil Bank |
1994 |
MMC “Topaz İnvestments” – 56,3834 %,QSC “NİKOIL” – 28,7449%, |
26 |
Azər-Türk Bank |
1995 |
AR Əmlak Məsələləri Dövlət Komitəsi (50%), Türkiyə Respublikası Ziraat Bank (46,00 %) və Ziraat Bank Beynəlxalq Almaniya (4.00%) |
27 |
Bank Standard |
1995 |
“AB Standard” QSC |
28 |
ASB Bank |
1996 |
“Anadolu İnvestment Kompani” MMC – 90%,“Azərbaycan Sənaye Sığorta” ASC – 9% |
29 |
United Credit Bank |
1996 |
Marayev A.A- 8.24%, Hüseynov A.F- 2.97%,Yunayted Biznes Co” MMC -88.79% |
30 |
Access Bank |
2002 |
Qara Dəniz Ticarət Bankı -20%, Avropa Yenidənqurma və İnkişaf Bankı -20% |
31 |
Xalq Bank |
2004 |
“EuroStandard” MMC- 33,85 %, “İdeal Business Ko”MMC – 50,00 %, |
32 |
Azərbaycan Kredit Bankı |
2005 |
Abbasov Ş.M.-36,64%, Abbasov N.H. – 35,56% , Abbasova C.H.- 27,80% |
33 |
Bank Avrasiya |
2007 |
“Evro Standad” MMC 37,5%. Tayning Global İnk 37,5%, “Azbiznescom” MMC 25% |
34 |
Paşa Bank |
2007 |
Bankın səhmdarları iki hüquqi şəxs: PASHA Holding Ltd. (60%), Ador Ltd. (30%) |
35 |
AFB Bank |
2008 |
Gilan MMC – 99.4762%,Muradov Cəmil Tahir oğlu – 0.2619% |
36 |
NaxçıvanBank |
2008 |
Bankın Səhmdarları 3 nəfər fiziki şəxsdir. |
37 |
Bank BTB |
2010 |
Bank “BTB” ASC-nin əvvəlki emissiya prospektində qeyd olunub ki, onun səhmləri Mehdiyeva Nigar İsmayıl qızı (75%), Əliyev Elməddin Nurəddin oğlu (15%) və Əliyev Cəfər Tofiq oğluna (10%) məxsusdur. |