10 C
Baku
Friday, December 13, 2024

KASKO BUTİK: Azərbaycan bazarına müasir və innovativ platforma daxil olur

Azərbaycan bazarına KASKO BUTİK adlı müasir və innovativ platforma daxil olur.

Bu barədə platformanın rəsmi saytı olan 2222.az saytına məlumat verir.

Məlumata görə, bütün müqavilələr elektron olaraq bağlanılaraq digər sənədlərlə birlikdə müştərinin eMail ünvanına göndəriləcək. Müştərinin bank kartı məlumatları bu platformada saxlanılmayacaq. Bütün ödənişlər “PAŞA Bank” və “Expressbank”ın yüksək təhlükəsizlik sistemləri ilə təchiz edilmiş ödəniş sistemləri vasitəsilə həyata keçirləcək. KASKO BUTİK-in məhsulları adi KASKO məhsullarından orta hesabla 700 manat ucuz olacaq. Bundan əlavə, təmir xərcləri 97% hallarda 5,000 manatı keçmir.

KASKO BUTİK platformasında bağlanmış müqavilələrə Azərbaycanın bir deyil, altı aparıcı sığorta şirkəti birgə şərikli zəmanət verəcək. Bura, A-Group, AtaSığorta, Atəşgah Sığorta, Azsığorta,Günay Sığorta və Qala Sığorta kimi şirkətlər daxildir.

KASKO BUTİK 2222.az saytı vasitəsilə sığortanın satışını və digər elektorn əməliyyatlar həyata keçirəcək. Eləcə də, canlı olaraq *2222 Sığorta Dəstək Mərkəzinin peşəkar və təcrübəli əməkdaşları sığortaya aid bütün sualları cavablandırmaq üçün 7/24 fəaliyyət göstərəcək.

KASKO sığortası üzrə mütəxəsis və bir neçə iş adamı öz fikirlərini bölüşüblər. Bunlardan biri Gündüz Rəhimov adlı iş adamdır.  İş adamı bildirir ki, Artıq 33 ildir avtomobil sükanı arxasındayam və demək olar ki, sığortasız avtomobil idarə etmirəm: “Baxmayaraq ki, illər ərzində KASKO sığortasına 10 minlərlə pul ödəmişəm, lakin, cəmisi bircə dəfə sığorta ödənişi almışam – avtomobilin çatlamış alın şüşəsinin dəyişdirilməsi üçün. Hər zaman düşünürdüm ki, mənə elə bir sığorta lazımdır ki, büdcəmə uyğun olsun, zərərimi ödəsin, lakin, eyni zamanda natamam sığorta olmasın. KASKO BUTIK tam mənə lazım olan layihədir.” – deyə bu platforma haqda öz fikirlərini bildirib.

Bu sahə üzrəı ekspertlərdən biri, radioaparıcı Tural Yusifov (DJ Tural) yazır ki, efirimizdə bir neçə dəfə Kasko sığortası mövzusunu müzakirə etmişəm. Hər dəfəsində şahid olmuşam ki, insanların sığorta şirkətlərinə qarşı inamı sarsılıb.

tural yus fov 5a0afc4d4d6bd
Tural Yusifov

“Bir çoxları isə düşünür ki, Kasko sığortası bahalıdır, ona verilən pula dəymir və s. KASKO BUTİK layihəsində isə sürücüləri narahat edən əksər suallar öz cavabını tapmaqdadır. Ona görə də hər kəs, xüsusilə də sürmə tərzinə arxayın olan, büdcəsini hesablamağı bacaran insanlarımız üçün çox cəlbedici təklifdir.” – deyə DJ Tural bildirir.

Son xəbərlər
Digər xəbərlər