6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan bazarından çıxan əcnəbi şirkət getmə səbəbini açıqladı

İtalyanın “Saipem Asia Sdn.Bhd” şirkətinin Azərbaycandakı filialının ləğv olunması şirkətin ölkədə hər hansı problemlərlə üzləşməsi ilə bağlı deyil. Bu barədə  neft-qaz bazarında olan etibarlı mənbə bildirib.

Mənbənin sözlərinə görə, “Saipem Asia Sdn.Bhd” fəaliyyətini çoxdan dayandırıb və hazırda “Saipem”in Azərbaycanda həyata keçirdiyi layihələr “Saipem Contracting Netherlands BV” şirkətinə bağlıdır.

“Şirkətin Azərbaycandakı filialının ləğv olunması adi bir proseduradır. “Saipem”in Azərbaycanda bir sıra layihəsi var və onlar qaydasında həyata keçirilir”, – mənbə əlavə edib.

“Saipem” neft-qaz sənayesində obyektlərin inşası ilə məşğul olan beynəlxalq podratçıdır. Şirkət həm quruda, həm də dənizdə neft sənayesi üçün texnoloji cəhətdən mürəkkəb layihələr işləmək məqsədilə müxtəlif xidmətlər təklif edir.

Qeyd edək ki, Vergilər Nazirliyinin məlumatına görə, İtalyanın “Saipem Asia Sdn.Bhd” Azərbaycandakı filialının ləğv olunmasını elan edib. Kreditorlar 2 ay ərzində tələbini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 96, Landmark 1, 3-cü mərtəbə ünvanına bildirə bilərlər.

©Ona

Son xəbərlər
Digər xəbərlər