Ötən il belarusların tətil üçün getdiyi ən çox ölkələrdən biri Azərbaycan olub.
Bu barədə Belarusun İdman Nazirliyinin Turizm Departamentinin rəhbəri İrina Voronoviç deyib.
Onun sözlərinə görə, bu siyahıda ilk yerləri Misir, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin ənənəvi dənizkənarı kurortları tutur.
O qeyd edib ki, ötən il Gürcüstan, Azərbaycan və Ermənistan belaruslar üçün cəlbedici olaraq qalıb: “Özbəkistan da populyar olub. Həmçinin, turistlərimiz Rusiyaya səyahətlərini davam etdiriblər”.
İ.Voronoviç bildirib ki, bu il də Azərbaycan, Özbəkistan və Qazaxıstanla turizm sahəsində sıx əməkdaşlığı davam etdirəcəklər.