12 C
Baku
Monday, November 10, 2025

Azərbaycan Belçika ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Belçika Krallığının Azərbaycandakı səfiri Mişel Pitermans ilə görüşüb.

Banker.az İqtisadiyyat Nazirliyinə nazirin birinci müavini iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən,  əczaçılıq sənayesi və kənd təsərrüfatı üzrə əməkdaşlığın gücləndirilməsi, Belçika şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə “yaşıl” enerji layihələrində, habelə, Ələt Azad İqtisadi Zonasında, “Araz Vadisi İqtisadi Zonası” və Ağdam sənaye parklarında iştirakı üçün imkanların olduğunu diqqətə çatdırıb.

Səfir Mişel Pitermans ölkəsinin Azərbaycanla yeni əməkdaşlıq sahələri, birgə təşəbbüslərin reallaşdırılması potensialı barədə fikirlərini bölüşüb.

Görüşdə bu ilin noyabr ayında Belçikanın Azərbaycana nəzərdə tutulan ticarət missiyasının təşkili, qarşılıqlı investisiya qoyuluşu və s. məsələlərə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Digər xəbərlər