21 C
Baku
Thursday, September 19, 2024

Azərbaycan benzin istehsalını artırıb, dizel istehsalını azaldıb

Azərbaycan 2022–ci ilin yanvar- noyabr aylarında 115.9 min ton həcmində Aİ-92 benzini, 185.5 min ton dizel yanacağı, 38.6 min ton sürtkü yağları, 327 min ton neft bitumu istehsal edib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil benzininin istehsalı 1.8 % yanacaq mazutunun istehsalı 30%, dizel yanacağının istehsalı 17.1%, sürtkü yağlarının istehsalı 26.6 %, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 27.9%, neft koksunun istehsalı isə 20.2% azalıb.

Son xəbərlər
Digər xəbərlər