Azərbaycanda son aylarda avtomobil yanacağı olan dizel və benzin istehsalı yüksəlməyə başlayıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dizel istehsalının həcmi 2025-ci ilin yanvarında 225 min ton, benzin isə 124 min ton təşkil edib.
Dizelin istehsalı illik müqayisədə 26 faiz, benzinin isə 7 faiz artıb.
2024-cü ilin Avqustundan sonra indiyə qədər qeydə alınan ən yuxarı rəqəmdir. Dizel istehsalının həcmi maksimum həddə olan 232 min təşkil etmişdi.
Ötən il Azərbaycan 1,254.8 min ton benzin, 2 061.9 min ton dizel istehsal edilib. Lakin ölkəyə xaricdən 262.43 min ton Aİ92 ($225.85 mln.) benzini idxal edilib.