26 C
Baku
Monday, June 24, 2024

Azərbaycan benzinin qiymətinə görə dünya reytinqində 10-cu yeri tutub

Azərbaycan benzinin qiymətinə görə dünya reytinqində 10-cu yeri tutub.

Qiymətlərin monitorinqi 164 ölkədə aparılıb. Banker.az İnterfaksa istinadən bu barədə bildirir ki, bunu Globalpetrolprices.com portalı qeyd edib.

Portal bildirir ki, Azərbaycan üzrə orta statistik göstərici 1 litr benzin üçün $0,47 təşkil edib.

Türkmənistanda bir litr benzinin qiyməti $0,43, Qazaxıstanda $0,48, Özbəkistanda $0,53, Rusiyada $0,68, Gürcüstanda $0,94, Türkiyədə $1,14 təşkil edir.

Ən ucuz benzin Venesuelada ($0,01), ən bahalı benzin Yunanıstandadır ($2,21).

Müxtəlif ölkələrdə bu qiymətlər çox fərqlənir. Bir qayda olaraq, zəngin ölkələrdə benzin daha baha qiymətə satılır, kasıb ölkələrdə və neft istehsal və ixrac edən ölkələrdə isə qiymətlər daha ucuzdur. İqtisadi cəhətdən inkişaf etmiş ölkə olan ABŞ isə istisna təşkil edir. Bu ölkədə benzinin qiyməti ucuzdur. Bütün dünyada benzinin orta qiyməti $1,17 təşkil edir.*

Son xəbərlər
 ⁠
Digər xəbərlər