15 C
Baku
Saturday, April 20, 2024

Azərbaycan benzinin qiymətində ABŞ və BƏƏ-ni üstələyir – SİYAHI

Yanvar ayının 4-də Azərbaycanda Tarif Şurasın ənənəsinə sadiq qalaraq, gecə vaxtı yanacaq qiymətlərində dəyişiklik qərarını açıqladı.

Son dəyişikliyi SOCAR-ın tövsiyəsi əsasında edərək, Aİ-92 benzinini 90 qəpikdən  manata, dizeli isə 60 qəpikdən 80 qəpiyə qədər bahalaşdırmışdır.

Bir çoxları üçün bəs benzin neft istehsalı və ixracı ilə məşğul olan ölkələrdə neçəyədir?

“Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır. Belə ki, hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Rusiyada orta hesabla 1.0 manat, Ukraynada 1.72 manat, Belarusda 1.14 manat, Gürcüstanda 1.12 manat təşkil edir.” – deyə Tarif Şurasının 4 yanvar 2021-ci il tarixində qiymət artımına dair açıqlamasındakı müqayisəsində deyir.

Tarif Şurasının son açıqladığı siyahıda MDB-nin “neft ölkələri”ndən yalnız Rusiyanın adı siyahıda yer alıb. Neft ölkələrindən iki MDB ölkəsi həmin siyahıda yer alsaydı: Qazaxıstanda benzinin orta  qiyməti 0.70 manat/litr, Türkmənistanda isə 0.73 manat/litr olacaqdır.

Ən ucuz benzin isə dünyada ən böyük neft yataqlarına sahib olan Venesueladadır. Burada benzinin bir  litri 0.02 dollar və ya manatla ifadədə 3.4 qəpikdir. Qeyd edək ki, bu, tradingeconomics.com, globalpetrolprices.com saytlarındakı göstəricilərə istinad edilib.
874738

Son xəbərlər
Digər xəbərlər