6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan Beynəlxalq Bankı əmanət faizlərini yüksəltdi

Vəsaitlərini əmanət qoymaq istəyən müştərilərə Azərbaycan Beynəlxalq Bankından mühüm bir xəbər var. 2 may 2016-cı il tarixindən etibarən Bank əmanət faizlərini artırıb. Müştərilərdən əmanətləri 12 aydan 120 ayadək müddətə qəbul edən Azərbaycan Beynəlxalq Bankında illik əmanət faizləri müddətdən asılı olaraq indi 11,75%-ə qədər yüksəlib.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankında əmanətlər həm Azərbaycan manatı, həm də ABŞ dolları ilə qəbul edilir. Faiz gəlirlərinin aylıq, yaxud illik ödənilməsindən, eləcə də valyuta növündən asılı olaraq faizlər dəyişir. Əmanət şərtləri ilə bağlı daha ətraflı məlumatı bu bölmədən əldə etmək olar: https://www.ibar.az/fiziki-sexslere/emanetler-uzre-faiz-dereceleri/

35 filiala və 43 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və ya *2265 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.

Son xəbərlər
Digər xəbərlər