Böyük Britaniyanın “The Banker” jurnalının reytinqinə əsasən, Azərbaycan Beynəlxalq Bankı (ABB) dünyanın ən iri və dayanıqlı 1000 bankı siyahısında kapitalın həcminə görə 776-cı yeri alıb.
Əvvəlki reytinqlə müqayisədə ABB 134 pillə irəliləyib. Aktivlərin həcminə görə ABB 722-ci, kapitalın yetərliliyi əmsalına görə 546-cı, kapitalın gəlirliliyinə görə 447-ci, aktivlərin gəlirliliyinə görə 520-ci yeri tutub.
“The Banker” jurnalı “The Financial Times” LTD-yə məxsusdur.