“Azərbaycan Beynəlxalq Bankı” (ABB) Böyük Britaniyanın “DH Leasing Limited” şirkətindən “Joint Leasing” ASC-nin səhmlərinin 52,4%-ni alaraq ASC-nin 100%-lik sahibi olub. Məlumata görə, “Joint Leasing”in baş direktoru Elçin Əhmədov deyib ki, ABB-nin böyük resurs bazası və imkanları nəzərə alınmaqla lizinq şirkətinin səhmlərinin 100%-nin banka qaytarılması ASC-nin gələcək inkişafına xidmət edir.
Bundan başqa, lizinq şirkətinin Müşahidə Şurasının tərkibi tam dəyişdirilib. Onun sədri ABB-nin Struktur bölmələrlə iş departamentinin direktoru Fərid Həşimov olub. Şuranın tərkibinə, həmçinin bankın Risklərin idarə edilməsi departamentinin direktoru Məzahir Dadaşov və ABB-nin Mühasibatlıq və büdcə departamentinin direktoru Anar Nağıyev daxil olub.
Trend