Bankdan verilən məlumata görə, tender proseduru bu ilin may ayının 15-də saat “Azərbaycan Beynəlxalq Bankı”nın inzibati binasında keçiriləcək.
Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
– tenderdə iştirak üçün yazılı müraciət;
– iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
– iki nüsxədə Azərbaycan dilində tender təklifi. Təklif tender zərflərinin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə olmalıdır.
– iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, audit aparmaq hüququ verən xüsusi razılıq (lisenziya) və s.) notarial qaydasında təsdiq edilmiş surətləri;
– iddiaçı hüquqi şəxs olmadıqda onun baş idarəsinin onun tenderdə iştirakına rəsmi razılığı və tender təkliflərinin verilməsinə səlahiyyətli nümayəndəsinin müəyyən edilməsi barədə sənəd;
– Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
– son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
– vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış;
– tender təklifinin qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (Tenderin əsas şərtlər toplusuna əlavə edilən formada);
– tenderin əsas şərtlər toplusunun iddiaçıya dair tələblərə uyğunluğu barədə sənədlər və məlumatlar.
Tenderin əsas şərtlər toplusunda göstərilən ixtisas göstəricilərinə uyğun olmayan şəxslər tenderdə iştirak edə bilməz və onlar tenderdən kənarlaşdırılacaq.
Qeyd edək ki, iddiaçı tender təklifini və tender təklifinin bank təminatını ən gec mayın 13-də saat 18.00-dək möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən gec mayın 1-də möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə “Azərbaycan Beynəlxalq Bankı”na təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaq.
İddiaçılar tenderdə iştirak haqqı kimi bankın hesabına 500 manat məbləğində vəsait köçürməlidirlər. İddiaçıların tender təklifləri maliyyə və texniki amillər əsasında qiymətləndiriləcək.
Qrupun 2015-ci ilin I yarım ili üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının auditi və hesabatların təqdimi bu ilin sentyabrın 15-dən, eləcə də 2015-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının auditi və hesabatların təqdimi 2016-cı ilin aprelin 1-dən gec olmayaraq başa çatmalıdır.
Qeyd edək ki, “Qrupa” “Azərbaycan Beynəlxalq Bankı” ASC və onun törəmə müəssisələri olan “Bank “MBA – Moskva” MMC, “ABB – Gürcüstan” SC, “Beynəlxalq Sığorta Şirkəti” ASC və “Azərikard” MMC daxildir.
APA