Azərbaycan Beynəlxalq Bankı Koreyanın The Export Import Bank of Korea (KEXIMBank) bankı ilə 100 milyon ABŞ dolları həcmində kredit sazişi imzalanmışdır.
Vəsait Koreyada istehsal olunan malların idxalının maliyyələşməsinə yönəldiləcəkdir.
Azərbaycan Beynəlxalq Bankının əsas səhmdarı (51,07 faiz) Azərbaycan Respublikasının Maliyyə Nazirliyidir.







