11 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan Beynəlxalq Bankı maliyyə dayanıqlığını qoruyur®

Azərbaycan Beynəlxalq Bankı 2020-ci ilin ikinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. 30 iyun 2020-ci il tarixinə Bankın aktivləri 8,5 milyard manat, depozit portfeli isə 4,8 milyard manat olub. 

Bankda ilin əvvəlindən iri korporativ müştərilərə, eləcə də kiçik və orta sahibkarlıq subyektlərinə 300 milyon manat civarında kredit verilib. Müştərilərə verilmiş kredit portfelinin həcmi 2,4 milyard manat olub. Qiymətli kağızlar üzrə investisiya portfeli ilin əvvəlindən 185 milyon manat artıb və hazırda 1,05 milyard manat təşkil edir. Bank 6 ay ərzində 28 milyon manat mənfəət vergisi hesablandıqdan sonra rübü 118 milyon manat xalis mənfəətlə başa vurub. Azərbaycan Beynəlxalq Bankının sırf əməliyyat fəaliyyətindən əldə etdiyi mənfəət isə 135 milyon manatdan artıqdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə müştərilərə verilmiş kreditlərdən faiz gəlirləri 25 milyon manat artaraq 119 milyon manat təşkil edib.

Rüb ərzində Azərbaycan Beynəlxalq Bankının kapital mövqeyi daha da möhkəmlənib. I dərəcəli kapitalının adekvatlıq əmsalı 36.04%, məcmu kapitalının adekvatlıq əmsalı 37.19% təşkil edib. Beləliklə, Bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan əhəmiyyətli dərəcədə yüksək olub. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

Son xəbərlər
Digər xəbərlər