20 C
Baku
Saturday, November 8, 2025

“Azərbaycan Beynəlxalq Bank”ı Rusiyanın “Sberbank”ı ilə memorandum imzalayıb

Davos Dünya İqtisadi Forumu çərçivəsində Rusiya “Sberbank”ı və “Azərbaycan Beynəlxalq Bank”ı (ABB) arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalanıb.

Sənədi “Sberbank”ın İdarə heyətinin sədri, prezident German Qref və ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev imzalayıb.

Sənəddə qeyd olunan əməkdaşlıq sahələri arasında investisiya layihələrinin birgə maliyyələşdirilməsində iştirak, Rusiya, Azərbaycan və tərəflərin törəmə cəmiyyətlərinin və filiallarının olduğu 3-cü ölkələrdə ticarətin maliyyələşdirilməsinin təşkili, maliyyə bazarlarında əməkdaşlıq sahələri yer alır.

APA.az

Son xəbərlər
Digər xəbərlər