7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan Beynəlxalq Bankı sindikatlaşdırılmış kredit cəlb etmişdir

Azərbaycan Beynəlxalq Bankı bu günlərdə 2015-ci ildə ilk dəfə 200 milyon ABŞ dolları ekvivalent həcmində sindikatlaşdırılmış kredit cəlb etmişdir. Sindikasiyanın təşkilatçıları qismində CITIBANK N.V., INGBANK N.V., RAIFFEISENBANK INTERNATIONAL AG, UNICREDITBANK AUSTRIA AG çıxış etmişlər.

Əvvəlcədən kredit $125 milyon həcmində planlaşdırılsa da, sonradan sindikasiyaya daha 18 beynəlxalq maliyyə institutlarının qoşulması nəticəsində kreditin həcmi 200 milyona qədər yüksəlmişdir.

Vəsait 365 gün müddətinə cəlb edilmişdir, ticarət və korporativ maliyyələşməyə yönəldiləcəkdir.

Son xəbərlər
Digər xəbərlər