Ölkənin ən böyük bankı – “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İnsan Resursları departamentinə (ing: HR) yeni direktor təyin edilib.
Banker.az-ın xəbərinə əsasən, bu, Məlahət Abdullayeva-dır. O, yeni vəzifəsinin icrasına 2020-ci ilin fevralında başlayıb.
M.Abdullayeva 16 ildən çox müxtəlif banklarda HR direktoru vəzifəsində çalışıb.
O, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bakalavr dərəcəsi ilə bitirib. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) isə MBA dərəcəsi alıb.