“Azərbaycan Beynəlxalq Bankı” ASC-də yeni təyinat olub.
Banker.az-ın məlumatına görə, Zara İbrahimzadə Bankın Marketinq departamentinin direktoru vəzifəsinə təyin edilib.
ABŞ-ın Corc Mason Universitetinin məzunu olan Z.İbrahimzadə son 15 ildə Türkiyədə fəaliyyət göstərib.
Müxtəlif şirkətlərdə, o cümlədən “LUKOİL Türkiyə”, “Akkuyu Nükleer” və SOCAR Türkiyə şirkətlərində çalışıb. Bu şirkətlərdə ayrı-ayrı marketinq və PR layihələrinin həyata keçirilməsinə rəhbərlik edib.