7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan Beynəlxalq Bankından sərfəli kredit kampaniyası

Azərbaycan Beynəlxalq Bankı yeni kredit kampaniyasına start verib. Hər bir müştəri bu kampaniyadan faydalanaraq krediti daha sərfəli şərtlərlə əldə edə bilər. ®

 Kampaniyanın özəllikləri: 

 -Məbləğ – 30000 manatadək

 -Müddət – 48 ayadək

 -İllik faiz dərəcəsi – 18%-dən başlayaraq

 Kampaniya 31 mart tarixinədək keçərlidir. Bu kampaniya dövründə Bankdan kredit alan müştərilərə TamKart VISA/MC Classic/Standart kartı hədiyyə ediləcək. TamKart debet VISA/MC Gold, TamKart kredit VISA/MC Platinum, TamKart debet VISA/MC Premium kartları isə 50% endirimlə təklif olunacaq. Kampaniya zamanı bu təklifləri dəyərləndirərək Azərbaycan Beynəlxalq Bankından həm kredit götürən, həm də TamKart alan müştərilərə kreditin faizində də 1% endirim ediləcək. 

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməlidir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

 

Son xəbərlər
Digər xəbərlər