Azərbaycan Beynəlxalq Bankının aktivləri son bir ildə 22% artaraq 2014-ci il oktyabrın 1-nə 8,39 mlrd. manata çatıb. Bu barədə Bankın mətbuat xidmətindən məlumat verilib.
Bankın kredit portfeli illik müqayisədə 24,6% artaraq 2014-ci il oktyabrın 1-nə 6,062 mlrd. manata çatıb. Fiziki şəxslərə verilmiş kreditlər 639,3 mln. manat təşkil edib.
Hesabat dövründə əhalinin bankdakı əmanətlərinin həcmi 1,601 mlrd. manata bərabər olub ki, bu da 2013 ilin oktyabrın 1-nə nisbətən 4,9% çoxdur.
Bankın məcmu kapitalı il ərzində 27,6% artaraq 986,8 mln. manata çatıb. Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalının həcmi 568,3 mln. manata çatdırılıb.
Bankın gəlirləri 438,7 mln. manat təşkil edib. 2014-ci ilin 9 ayında ABB-nın xalis mənfəəti 44,7 mln. manat təşkil edib.