23 C
Baku
Tuesday, April 23, 2024

Azərbaycan Beynəlxalq Bankının filial və şöbələri xüsusi iş rejiminə keçir

Azərbaycan Beynəlxalq Bankının (ABB) filial və şöbələri mayın 1-dən iyulun 1-dək xüsusi iş rejiminə keçirilir.

Bankdan  verilən məlumata görə, Abşeron, Binəqədi, Mərkəzi, Nərimanov filialları saat 9:00-dan 16:30-dək, Nəqliyyat, Nəsimi, Xətai, Qaradağ, Yasamal filialları 9:30-dan 17:00-dək, Səbail, Sabunçu, Sənaye, Suraxanı, Nizami filialları 10:00-dan 17:30-dək, Səbail filialı şənbə günündə 10:30-dan 15:00-dək müştərilərə xidmət edəcək.

Bundan başqa, bankın Xırdalan şöbəsi saat 9:00-dan 16:30-dək, Landmark şöbəsi, 4 Saylı Sığorta Şöbəsi, 5 Saylı Mətbuat Şöbəsi 9:30-dan 17:00-dək, 7 Saylı Azəriqaz Şöbəsi, 8 Saylı Bakıxanov Şöbəsi, 9 Saylı Mərdəkan Şöbəsi, 10 Saylı Hava Limanı Şöbəsi, 6 Saylı Pirallahı Şöbəsi 10:00-dan 17:30-dək müştərilərə xidmət edəcək.

Əlavə məlumat üçün: (012) 937, *2265 (*BANK), +99412 4377900

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər