8 C
Baku
Monday, November 18, 2024

Azərbaycan Beynəlxalq Bankının investisiya gəlirləri 5 qat artıb

Azərbaycan Beynəlxalq Bankının investisiya qiymətli kağızlarından gəlirlərinin həcmi kəskin artıb.

Banker.az bankın 2020-ci il üzrə audit hesabatına istinadən xəbər verir ki,  həmin il üzrə investisiya qiymətli kağızlarından bankın 18.06 milyon manat gəlir əldə etdiyi açıqlanıb.

Bu isə 2019-cu ilin göstəricisindən 5.3 dəfə çox olması deməkdir. 2019-cu il üzrə bu gəlirlərin həcmi cəmi 3.43 milyon manat təşkil edirdi.

Audit hesabatındakı qeydə görə, ölkənin ən iri aktivlərinə sahib ABB 2020-ci ildə 537.57 milyon manat həcmində investisiya qiymətli kağızlar üzrə alış üçün pul xərcləyib. Bununla belə, qiymətli kağızlarının geri alınmasından daxilolmalar isə 147.9 milyon manat olub.

Balans hesabatında da investisiya qiymətli kağızlar üzrə portfelinin son bir il ərzində 207.66 milyon manatdan 881.62 milyon manata qədər yüksəldiyi müşahidə edilir.

Bu 881.62 milyon manatın 442.13 milyon manatı (2019: 63.77 milyon manat) Maliyyə Nazirliyinin xətti ilə emissiya edilən dövlət istiqrazları üzrə, 191,.63 milyon manatı korporativ bondlar (2019: 72.63 mln. manat), 54.45 milyon manatı Azərbaycan Mərkəzi Bankının emissiya etdiyi notlar (2019-cu ildə olmayıb), 83.5 milyon manatı korporativ səhmlər (71.26 mln. manat) və 109.9 milyon manatı amortizasiya ilə borc qiymətli kağızlar olmuşdur.

“31 dekabr 2020-ci il tarixinə olan korporativ səhmlər ədalətli bazar dəyəri müvafiq olaraq 22.93 mln manat və 60.26 mln manat olan “MasterCard İncorporated” şirkətinin ‘B’ və “Viza İncorporated” şirkətinin ‘C’ kateqoriyalı adi kapital səhmləri, həmçinin ədalətli bazar dəyəri müvafiq olaraq 250 min manat və 60 min manat olan Azərbaycan Kredit Bürosunun və Bakı Fond Birjasının adi səhmlərindən ibarətdir” –deyə, hesabatda deyilir.

 31 dekabr 2019-cu il tarixinə isə belə idi: ədalətli bazar dəyəri müvafiq olaraq 19.18 mln manat və 51.76 mln manat olan “Mastercard İncorporated” şirkətinin ‘B’ və “Visa İncorporated” şirkətinin ‘C’ kateqoriyalı adi kapital səhmləri, həmçinin ədalətli dəyəri müvafiq olaraq 250 min manat və 60 min manat olan Azərbaycan Kredit Bürosunun və Bakı Fond Birjasının adi səhmləri.

 

Son xəbərlər
Digər xəbərlər