-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinə 5 dövlət qurumu nəzarət edəcək

Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondunun və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılmış Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti 9 üzvdən ibarət Müşahidə Şurası həyata keçirəcək.

Şuranın 5 üzvünü Nazirlik, 4 üzvünü isə aşağıdakı dövlət qurumları (hər qurumdan bir nəfər olmaqla) təyin edəcəklər.

– Mərkəzi Bank;

– Maliyyə Nazirliyi;

– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

– Dövlət Turizm Agentliyi;

Müşahidə Şurasının sədri iqtisadiyyat naziri vəzifəyə təyin və vəzifədən azad edir.

Fondun fəaliyyətinə cari rəhbərliyi isə 5 üzvdən ibarət İdarə Heyəti həyata keçirir. Onları da iqtisadiyyat naziri vəzifəyə təyin və vəzifədən azad edir.

 

Son xəbərlər
Digər xəbərlər