-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan BOKT bazarı böyüdü

Azərbaycanda 2020-ci ilin ilk rübündə bank olmayan kredit təşkilatlarının (BOKT) 349,4 milyon manatlıq aktivlərin olduğu qeydə alınıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının 2020-ci ilin 31 mart tarixinə açıqladığı icmal göstəricilərə istinadən xəbər verir.

Bu da cari ilin 1-ci rübünün əvvəli ilə müqayisədə 2% artım qeydə alınıb. Aktivlərinin 284,7 milyon manatı kredit portfeli təşkil etmişdir.

BOKT-ların cəmi öhdəliklərinin həcmi 1 aprel 2020-ci il tarixdə 208,4 milyon manat olub, burada, cəlb edilmiş vəsaitlər 87,3  milyon manat, bankların kreditləri 46,1 milyon manat, digər maliyyə institutlarının kreditləri 41,2milyon manat , qiymətli kağızlar 24,1 milyon manat, mərkəzi idarəetmə orqanlarının vəsaitləri 51,1 milyon manat və digər öhdəliklər 45,9 milyon manat təşkil etmişdir.

BOKT-ların 141 milyon manatı cəmi kapitalı təşkil edib.

BOKT-lar 2020-ci ilin I rübündə 17,1 milyon manat faiz gəliri əldə edərək, 6 milyon manatlıq xalis mənfəət əldə ediblər.

Son xəbərlər
Digər xəbərlər