Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatları (BOKT) 2024-cü ilin yekunlarına əsasən, 157.07 milyon manat xalis mənfəət əldə edib. Bu da öncəki ildə qeydə alınmış 75.78 milyon manatı 107 faiz üstələyib.
Banker.az xəbər verir ki, BOKT-lərin faiz və bu qəbildən olan digər gəlirləri 246.44 milyon manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 31% artım deməkdir. Gəlirlərin əsas hissəsi – kreditlər üzrə faiz gəlirləri isə 243.2 milyon manat olub.
Faizlər və onlara bağlı xərclər 37.03 milyon manata yüksəlib. Nəticədə, xalis faiz gəliri 31% artaraq 209.413 milyon manata çatıb.
BOKT-lərin qeyri-faiz gəlirləri də nəzərəçarpacaq dərəcədə artıb. 2023-cü ildə 25.12 milyon manat olan bu göstərici 2024-cü ildə 191.91 milyon manata yüksəlib ki, bu da 664% artım deməkdir. Bununla yanaşı, qeyri-faiz xərcləri də 61% artaraq 139.08 milyon manata çatıb.
Əməliyyat mənfəəti 164% artımla 262.24 milyon manat təşkil edib. Bununla yanaşı, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan ehtiyatlar 883% artaraq 64.26 milyon manata çatıb.
BOKT-lərin aktivləri 31% artaraq 993.26 milyon manata çatıb. Əsas artım müştərilərə verilən kreditlərdə (808.34 milyon manat) və investisiyalarda (87.3 milyon manat) müşahidə olunub.
Öhdəliklər də 21% artaraq 536.9 milyon manat təşkil edib. Əsas artım cəlb edilmiş vəsaitlərdə (241 milyon manat) və digər maliyyə institutlarının kreditlərində (82.7 milyon manat) qeydə alınıb.
Kapital göstəricisi isə 45% yüksələrək 456.37 milyon manata çatıb. Xüsusilə, bölüşdürülməmiş xalis mənfəət 125% artımla 231.13 milyon manat olub.
Mənfəət və zərər maddələri | 31.12.2023 | 31.12.2024 |
1. Faiz və gəlirlərin bu qəbildən olan növləri | 188.587 | 246.44 |
a) kreditlər üzrə faizlər | 188.508 | 243.2 |
2. Faizlər və onlara bağlı xərclər | 28.169 | 37.027 |
a) öhdəliklər üzrə faizlər | 28.169 | 37.027 |
3. Xalis faiz gəliri (zərəri) | 160.418 | 209.413 |
4. Qeyri-faiz gəlirləri | 25.123 | 191.914 |
5. Qeyri-faiz xərcləri | 86.29 | 139.082 |
6. Əməliyyat mənfəəti (zərəri) | 99.251 | 262.245 |
7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər) | 6.538 | 64.262 |
8. Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mənfəət (zərər) | 92.713 | 197.983 |
9. Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən gəlir (xərc) | 0.428 | 0.642 |
10. Vergilər ödənilənədək mənfəət (zərər) | 93.141 | 198.625 |
11. Mənfəətdən vergilər | 17.357 | 41.56 |
12. Xalis mənfəət (zərər) | 75.784 | 157.065 |
AKTİVLƏR | 31.12.2023 | 31.12.2024 |
1. Nağd vəsaitlər | 2.13 | 2.3 |
2. Cari hesablar | 38.73 | 46.3 |
3. Banklarda yerləşdirilmiş müddətli depozitlər | 0.1 | 5 |
4. Qiymətli kağızlar | 0.7 | 0 |
5. İnvestisiyalar | 61.8 | 87.3 |
6. Müştərilərə verilən kreditlər | 600.75 | 808.34 |
6.1 Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat | 42.43 | 91.48 |
6.2. Xalis kreditlər | 558.3 | 716.86 |
7. Maliyyə institutlarına kreditlər | 0.9 | 1.9 |
7.1. Xalis kreditlər | 0.9 | 1.9 |
8. Əsas vəsaitlər | 21.6 | 24.5 |
9. Qeyri-maddi aktivlər | 2.6 | 4.3 |
10. Digər aktivlər (məqsədli ehtiyatlar çıxılmaqla) | 71.6 | 104.8 |
11. Cəmi aktivlər | 758.46 | 993.26 |
ÖHDƏLİKLƏR | 31.12.2023 | 31.12.2024 |
1. Cəlb edilmiş vəsaitlər | 190.585 | 241 |
1.1 Bankların kreditləri | 136.5 | 158.3 |
1.2 Digər maliyyə institutlarının kreditləri | 54.085 | 82.7 |
2. Qiymətli kağızlar | 58.8 | 61.2 |
3. Mərkəzi idarəetmə orqanlarının vəsaitləri | 27.4 | 20.1 |
4. Digər öhdəliklər | 166.5 | 214.6 |
5. Cəmi öhdəliklər | 443.285 | 536.9 |
KAPİTAL | 31.12.2023 | 31.12.2024 |
6.1. Nizamnamə kapitalı | 204.6 | 241.3 |
6.2. Qrantlar | 5.2 | 5.24 |
6.3. Bölüşdürülməmiş xalis mənfəət | 102.7 | 231.13 |
7. Ehtiyatlar | -2.7 | 21.3 |
8. Kapital | 315.2 | 456.37 |
9. Cəmi öhdəliklər və kapital | 758.485 | 993.27 |