-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan BOKT-ları böyüyür – Özlərinə görə böyük xalis mənfəətə nail olublar

Azərbaycanda bank olmayan kredit təşkilatlarının 2022-ci ilin birinci rübündəki xalis mənfəəti 7.2 mln. manat olub.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

BOKT-lar 2022-ci ilin ilk rübündə 22.3 mln. manatlıq faiz gəliri əldə etmiş, bunun da 22.2 mln. manatı əsas fəaliyyət istiqaməti – müştərilərə verdiyi kreditlər üzrə faiz gəliridir. Faiz gəlirləri öncəkin ilin eyni dövrünü 40% üstələyir.

Faiz xərcləri 3.7 mln. manat ( 2021-ci ilin birinci rübü: 2.5 mln. manat), qeyri-faiz gəlirləri 3.3 mln. manat (2.1 mln. manat), qeyri-faiz xərcləri 13.2 mln. manat (11.1 mln. manat) ki, bu da 8.7 mln. manatlıq əməliyyat mənfəətinin əldə edilməsi deməkdir.

BOKT-lar ilin ilk rübündə 0.5 mln. manatlıq mənfəət vergisi ödəməklə xalis mənfəətləti 7.2 mln. manat təşkil etmişdir. Xalis mənfəət öncəki ildən bu il 3.4 dəfə çoxdur.

BÖYÜYÜRLƏR

Bank olmayan kredit təşkilatlarının 1 aprel 2022-ci il tarixinə 415.5 mln. manat aktivləri olmuş, bu da son rüb ərzində 7% artımdır. Aktivlərin 350.6 mln. manatı müştərilərə verilmiş kredit, 23.2 mln. manatı əmlak, 19.7 mln. manatı isə cari hesablardır.

BOKT-ların öhdəlikləri cari ilin ilk rübü ərzində 224.3 mln. manatdan 236.3 mln. manata yüksəlib. Burada əsas pay 84.5 manat olmaqla cəlb edilmiş vəsaitlərə aiddir. Cəlb edilmiş vəsaitlərin 57.5 mln. manatı bank kreditləridir.

Cari ilin ilk rübündə əldə edilmiş xalis mənfəətdən sonra kredit təşkilatlarının balansında bölüşdürülməmiş mənfəət 19.5 mln. manata yüksəlib. Cəmi kapital isə 179.2 mln. manat olub. Burada da 154.1 mln. manat BOKT-ların nizamnamə kapitallarından formalaşır.323313 w3243232

Son xəbərlər
Digər xəbərlər