2025-ci ilin yanvar-iyun aylarını Azərbaycandakı bank olmayan kredit təşkilatları 13,2 milyon manat xalis zərərlə başa vurub. Ötən ilin eyni dövründə BOKT-lar 76,6 milyon manat xalis mənfəət əldə edib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Cari ilin 1-ci yarısında BOKT-ların əməliyyat gəlirləri 218,2 milyon manat, əməliyyat xərcləri 149,5 milyon manat təşkil edib.
Hesabat dövründıə BOKT-ların aktivləri 963,4 milyon manat olub ki, bu da əvvəlki ilə nisbətən 13% çoxdur. Bunun 671,8 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Belə ki, BOKT-ların kredit portfeli 6,5% böyüyüb.