“Finoko” BOKT ASC nin Səhmdarların 15.01.2021 ci il tarixində növbədənkənar iclası keçiriləcəkdir.
Banker.az xəbər verir ki, iclasda müzakirə olunacaq məsələlər aşağıdakılardır:
-Manatda və ABŞ dollarında istiqrazların emissiyası,
-Yeni səhmlərin emissiyası ilə kapitalın artırılması.
Məlumat üçün bildirmək istərdik ki, 01.12.2020 ci il tarixinə nizamnamə kapitalı 4 855
000 manat, məcmu kapital isə 8 282 836 manat təşkil edir.
Səhmdarlar barəsində məlumat:
Əliyev Elçin Rəşid oğlu: 242 750 səhm, nizamnamə kapitalında payı 50%
Əliyev Elmar Rəşid oğlu: 242 750 səhm, nizamnamə kapitalında payı 50%
İclasın keçiriləcəyi yer: Bakı şəhəri, Yasamal Rayonu, C.Cabbarlı 609, Globus Center 9 cu
mərtəbə