2025-ci ilin ilk doqquz ayında Azərbaycanın mis filizləri və konsentratlarının daxildəki istehsalını kəskin artırmaqla ixracda da payı artırıb.
Banker.az xəbər verir ki, ilin ilk 9 ayında xaricə 16 066 ton mis ixrac olunub və bunun dəyəri 29,9 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə cəmi 729,8 ton həcmdə, 1,47 milyon dollar dəyərində mis ixrac edilmişdi. Beləliklə, həcim üzrə artım təxminən 22 dəfə, dəyər üzrə isə təxminən 20 dəfə artım deməkdir.
2023-cü ildən bu tərəfə ölkədə mis istehsalının həcmi aşağı düşmüşdü. Buna səbəb Böyük Britaniyanın Gədəbəydə əlvan və qiymətli metallar istehsal edən “Anglo Asian Mining plc” şirkətinin ekoloji problemlə bağlı hasilatındakı fasilə idi. Cari ilin ilk 9 ayında isə ölkədə mis hasilatının həcmi 2 766.6 ton təşkil edib ki, öncəki ili 25 dəfəyə yaxın üstələyir. Bu artıma səbəb isə “Anglo Asian Mining plc” Dəmirli mədənində hasilatın başlaması və Gilar mədəninin tam rüblük fəaliyyətinə görə baş verib. Eyni dövürdə Gədəbəkdə 1 576 ton, Dəmirlidən isə 711 ton mis hasil olunub.
“Anglo Asian Mining”ın yenilənmiş proqnozunda mis hasilatının istehsalın ilin sonuna və növbəti ildən artacağını bildirib.
2025-ci ildə ixrac strukturunun əsas hissəsi Gürcüstana yönəlib. Belə ki, qonşu ölkə 14 399 ton və 26,34 milyon dollar. Özbəkistana 845 ton (869 min dollar), İsveçrəyə 821 ton (2,7 milyon dollar) göndərilib. Keçən il isə ixrac yalnız İsveçrəyə həyata keçirilmişdi. Bunun da həcmi cəmi 729.83 ton və ya 1.47 mln. dollar idi.
Orta ixrac qiymətində isə fərqli dinamika müşahidə edilib. 2025-ci ildə bir ton mis filizinin orta ixrac qiyməti təxminən 1,86 min dollar olub. Bu göstərici 2024-ün ilk doqquz ayında 2,02 min dollar idi. Beləliklə, orta qiymətdə təxminən 7,6% azalma qeydə alınıb.
Bu, mədənlərdən çıxan mis filizidir və onlardan emal edilərək əldə olunan mis konsentratı. Yəni təmiz mis yox, xammal formasıdır.
Sənaye əhəmiyyətli olan bu metalın dünya bazarında qiyməti son illərdə yüksək volatillik göstərib. Onun dəyər artmasının əsas drayveri iqtisadi inkişafdır. Məsələn keçən il xalis misin qiyməti (qrafikdə göründüyü kimi) bir qədər düşsə də, Londonun Metal Birjasında bu ilin üçüncü rübündə artaraq tarixi maksimum olan hər ton üçün 11 200 dollara yüksəlib.
Müqayisə üçün bildirək ki, 2023-cü ilin eyni dövründə 13,7 min ton (16,3 milyon dollar), 2022-də isə 12,8 min ton (19,1 milyon dollar) ixrac edilmişdi.







