25 C
Baku
Sunday, July 7, 2024

Azərbaycan BRICS-ə daxil olmaq arzusunu ifadə edib

Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edir.

Banker.az “APA”ya istinadən xəbər verir ki, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də deyilir.

Birgə Bəyannamədə bildirilib ki, Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayır.

Son xəbərlər
Digər xəbərlər